Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.


Bu barədə Senzor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.


Araşdırmalar zamanı Xaçmaz, Bərdə və Bakı şəhərinin Suraxanı rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 42 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 36 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.


Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.