Ağcabədidə saxta əskinas dövriyyəsində şübhəli bilinən şəxslər saxlanıldı - FOTO

Ağcabədidə saxta əskinas dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, aprel ayının 9-da Ağcabədi rayonunda yaşayan bir nəfər sakinin işlədiyi köşkə tanımadığı şəxs yaxınlaşıb, alqı-satqı müqabilində ona 50 manat pul təqdim edib, satıcı sonradan həmin pulun saxta olduğunu bilib və bu barədə polisə məlumat verib.

 

Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə saxta əskinasın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayonunda 588 saylı qəsəbədə yaşayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Aslanov qısa zamanda müəyyən edilib.

 

Onun ətrafında aparılan araşdırmalarla həmin əskinası həmyerlisi və qonşusu Rahib Zeynalovdan əldə etdiyi məlum olub. Əməliyyatın davamında R.Zeynalov qəsəbə ərazisindəki işlədiyi foto studiyasında elə iş başında, saxta əskinas hazırlayarkən polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin obyektə baxış keçirilən zaman 5 ədəd 100 manatlıq, 28 ədəd 50 manatlıq, 4 ədəd 20 manatlıq və 5 ədəd 10 manatlıq saxta əskinaslar, onların hazırlanması üçün istifadə olunan kompüter və printer aşkar olunaraq götürülüb.

 

Adıçəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.