Ermənistanın paytaxtı İrəvanda “Apaven” gömrüyündə Türkiyənin 60 yaşlı vətəndaşı Hasan Türkərin meyiti aşkar edilib.
“Novosti Armenia” xəbər verir ki, bu barədə Ermənistan polisi ictimai əlaqələr və informasiya üzrə idarə rəisinin müavini Edqar Canoyan bildirib.
Məlumata görə, İstintaq Komitəsi araşdırma aparır.
Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.(“Report”)