3 saylı Uşaq evində yoxlama aparılıb

Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.


Bu barədə Dövlət Komitəsindən məlumat verilib.


Bildirilib ki, monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb.


Qeyd edilib ki, məlumat aidiyyəti quruma təqdim ediləcəkdir.


Monitorinq Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib.


Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilib və bildirilib ki, müəssisədə uşaqlara quru çörək verirlər.


Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilib, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilib. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunub.


Xatırladaq ki, müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.