Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı əsgərlə görüşə gələn yaxın qohumu əsgərə narkotik vasitə gətirib.
Bu faktı DSX-nın mətbuat mərkəzindən təsdiq ediblər.
"Hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir", - deyə məlumatda qeyd olunub.