Məlum olduğu kimi, martın 12-də keçirilən buraxılış imtahanın nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Senzor.az-a verilən məlumata görə, imtahanda 297.5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:
- Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
- Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
- Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
- Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb.
Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə jurnalistlərə açıqlamasında həkim olmaq istədiyini bildirib: “Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır”.
Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib.
Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyib: “Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm”.
Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.
Fotoda: Mürşüdlü Nəzrin:
Fotoda: Cəfərzadə Taliə