Bakıda qəbirlərin dağıdılmasında şübhəli bilinən şəxs saxlanılıb

Bakıda qəbirlərin dağıdılmasında şübhəli bilinən şəxs saxlanılıb.


Senzor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.


Məlumatda bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıdılması faktına görə Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Qeyd olunub ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv tədbirlər nəticəsində qəbiristanlıqda təmir işləri görən, 1989-cu il təvəllüdlü Seymur Daxilovun gördüyü iş müqabilində ödəniş edilmədiyi üçün aprelin 16-dan 17-nə keçən gecə qəbiristanlığa gələrək məzarların üzərindəki predmetləri zədələməsi, xatirə daşları və lövhələri dağıtmaqla kimi əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.


İş üzrə Seymur Daxilov Cinayət Məcəlləsinin 245-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.


Cinayət işi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətində saxlanmaqla ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.