Böyük Britaniya kralı Çarlz III Liverpulda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində iştirak edəcək və burada mühüm missiyanı yerinə yetirəcək.
Belə ki, Kral səhnədə qonaqların qarşılanmağa tam hazır olduğunu ifadə edən işıqları yandırmalıdır.
Çarlz III həyat yoldaşı Kamilla ilə M&S Bank Arenanı ziyarət edəcək. Orada müsabiqənin təşkilatçıları, aparıcılar, britaniyalı iştirakçı Mey Müller və müsabiqənin aparıcılarından biri, ukraynalı müğənni Yuliya Sanina ilə görüşəcək.
Qeyd etmək lazımdır ki, işığın yandırılması yarışa hazırlaşmağın mühüm məqamıdır. Çünki səhnənin necə olacağı bu gün məlum olacaq. Bundan əlavə, bu il müsabiqə Ukraynaya həsr olunub.
"Eurovision - 2023" Mahnı Müsabiqəsinin birinci yarımfinal mayın 9-da, ikincisi mayın 11-də, final isə mayın 13-də olacaq.