Türkiyədə təmirə bağlanmış Sultan Əhməd məscidinin bərpadan sonra açılışı olub.
Məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, ibadət ocağının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
**16:19
Türkiyədə təmirə bağlanan Sultan Əhməd məscidinin bərpadan sonra bu gün açılışı olacaq.
Türkiyə mətbuatı xəbər verir ki, ibadət ocağının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, məscid 2018-ci ildə təmirə bağlanıb.