Toronto hava limanından 15 milyon dollar dəyərində qızıl oğurlanıb

Kanadanın Toronto Pearson Beynəlxalq Hava Limanından 15 milyon dollar dəyərində qızıl oğurlanıb.


Kanada KİV-ləri xəbər verir ki, rəsmilər hadisənin bazar ertəsi baş verdiyini açıqlayıb.


Kanadanın ən işlək hava limanı Ontario əyalətindən çıxarılan qızılın daşınması üçün istifadə olunur. Qızılı daşıyan təyyarə həmin axşam hava limanına endikdən sonra içindəkilər təhlükəsiz yük obyektinə aparılıb. Polis şöbəsi oğurluğun orada baş verdiyini düşünür. Qızıl və digər dəyərli əşyalarla dolu konteyner qeyri-qanuni yollarla saxlama obyektindən çıxarılıb.


Bu, Kanada tarixindəki ən böyük oğurluqlardan biri kimi tarixə düşə bilər.


Sonuncu dəfə 2012-ci illərdə bu böyüklükdə oğurluq baş verib, o zaman Kvebekdəki anbardan 18,7 milyon dollar dəyərində 3 min ton ağcaqayın siropu oğurlanıb.


Müfəttiş Stiven Duivesteyn bunun qeyri-adi bir quldurluq olduğunu bildirərək, komandasının bütün ehtimalları araşdırdığını söyləyib.


Duivesteyn yükün çəkisini bölüşməyib. Səlahiyyətlilər, həmçinin yükü daşıyan aviaşirkət, yükün yola salınması və təyinat yeri kimi məlumatları da açıqlamayıb.


Polis quldurluğun arxasında cinayətkar təşkilatların ola biləcəyini ehtimal edir. Duivesteyn isə bu barədə suala "Bu məsələ ilə bağlı açıqlama vermək üçün hələ tezdir", - cavabını verib.(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.