Abşeronda Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Senzor.az bildirir ki, onun üzərində «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli-odlu, istifadəyə və atəşə yararlı avtomat döyüş silahı və 30 ədəd patron aşkarlanıb.
Fakt üzrə Abşeron RPŞ-də CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanıb. Abşeron Rayon Məhkəməsinin qərarı ilə N.Rəhimov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.