Türkiyədə - Bursa şəhərinin İnegöl rayonunda Ramazan bayramı münasibəti ilə bir-birini təbrik edən şəxslər arasında gözlənilmədən kütləvi dava düşüb.
Yerli KİV-in yazdığına görə, hadisə şahidlərindən biri təxminən 50 nəfərin iştirak etdiyi kütləvi davanı qeydə alaraq sosial şəbəkələrdə paylaşıb.
İnsident nəticəsində üç nəfər dava iştirakçısının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Polis davada iştirak edən yeddi nəfəri saxlayıb.
İnsidentin detalları araşdırılır.