Qırmızı dənizdə 3 Rusiya vətəndaşının olduğu gəmi yoxa çıxıb.
Yerli KİV xəbər verir ki, gəmidə bir dənizçi, onun həyat yoldaşı və kapitan olub.
Kapitanın həyat yoldaşı Nadejda Rasina "Zvezda" telekanalına bildirib ki, ekipajın bütün üzvləri dəniz quldurları tərəfindən əsir götürülüb. O qeyd edib ki, bu məlumatı Səudiyyə Ərəbistanının sahil mühafizəsindən əldə edib.
Əyləncə məqsədilə ilə istifadə edilən gəmi aprelin 17-də Səudiyyə Ərəbistanından yola düşüb, 19-da Cibutiyə gəlməli idi. Lakin onlar son mənzilə çatmayıb. Kapitanın həyat yoldaşının sözlərinə görə, itkin düşənlərin axtarışı üçün heç bir tədbir görülməyib.