Kəlbəcər rayon sakini qaçırdığı avtomobili yandırıb.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, aprel ayının 4-də Göygöl Rayon Polis Şöbəsinə rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Dindirilmə zamanı Q.Salahov cinayət əməlini sərxoş halda törətdiyini və peşman olduğunu deyib.