Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaysa kəndində baş verib.
Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.
A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.