Aprelin 26-da 1964 məhkəmə hökmü ilə barələrində məhvetmə qərarı qəbul olunmuş 4 ton 646 kiloqramdan çox müxtəlif növ narkotik vasitə, psixotrop maddə, o cümlədən 39 min ədəd çətənə bitkisi məhv edilib.
Bu sözləri jurnalistlərə açıqlamasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib.
"Məhv edilən narkotik vasitələrin 2 ton 568 kiloqramını heroin, 1 ton 404 kiloqramını marixuana, 228 kiloqramını tiryək, 71 kiloqramını həşiş, 519 qramdan çox kokain, 372 kiloqramını psixotrop maddə təşkil edib. Ümumiyyətlə bu gün məhv olunan narkotik vasitələrin təqribi dəyəri 223 milyon manat civarındadır".