TƏBİB Laçına köçürüləcək ailələrin tibbi müayinələrinə başlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələrinə başlanılıb.


TƏBİB-dən Senzor.az-a verilən məlumata görə, müayinələr qurumun tabeliyində fəaliyyət göstərən Tərtər, Qax, Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Bakının Yasamal, Səbail və Nəsimi rayonları üzrə Yeni Klinikada, Qaradağ rayonu üzrə Lökbatan Tibb Mərkəzində, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarının tibb mərkəzlərində keçirilir.


Ümumilikdə, 401 ailə (16 min 48 nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçiriləcək.


Qeyd edək ki, tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə tutulub.


Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.


Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülən şəxslərin də tibbi müayinələri keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.