Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığıldığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.
Bu barədə Senzor.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertiza göndərilib. İlkin araşdırmalar zamanı onun, şəhər sakini, 1940-cı il təvəllüdlü İsa Hümbətov olduğu və tapıldığı ərazisinin yaxınlığında yaşadığı məlum olub.
Araşdırma davam edir.