Türkiyədə halı qəfil pisləşən Həsən Həsənov xəstəxanaya yerləşdirildi
SABAH ƏMƏLİYYAT OLUNACAQ

Azərbaycanın sabiq Xarici işlər naziri, sabiq səfir Həsən Həsənov Türkiyədə xəstələnib.

 

Bu barədə Musavat.com-a sabiq nazirlə birlikdə Bursada, tədbirlərdə olan Rauf Arifoğlu məlumat verib.

 

O deyib ki, H. Həsənovun vəziyyəti tədbirdə qəflətən pisləşib. Onu təcili yardımla "Medicana"(Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır.

 

Yaxınlarının istəyi ilə əməliyyat sabah İstanbulda, xəstəxanalardan birində həyata keçiriləcək.

 

Rauf Arifoğlu onu da bildirib ki, Həsən Həsənovun səhhəti qənaətbəxşdir: “Biz onu təcili yardım məntəqəsində ziyarət etdik. Zarafatından qalmırdı və əhval - ruhiyyəsi yaxşı idi. Allah şəfa versin".

 

Sayt xatırladır ki, bir qrup tanınmış Azərbaycan vətəndaşı Bursada tədbirlərdədir. Onlar Azərbaycanın Ümummili lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.