Türkiyənin istehsal etdiyi “Togg” avtomobili bu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) istifadəsinə verilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə səhifəsində məlumat verib.
Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.