Həkim həyat yoldaşını öldürən Türkiyə vətəndaşı barəsində həbs qətimkan tədbiri seçildi

Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.


Məlumata görə, Abşeron Rayon Məhkəməsində qapalı keçirilən iclasda istintaq orqanının təqdimatı təmin edilib.


Qərara əsasən, Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.


Muhammet Gündüz məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olduğunu deyib.


Qeyd edək ki, dünən-mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.


Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər hospitallardan birincə plastik cərrah kimi fəaliyyət göstərib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.