Böyük Tehran həbsxanasında təhlükəsizlik qüvvələri tərəfindən döyülən və işgəncələrə məruz qalan Saman Dərvişi adlı kürd əsilli məhbus ölüb.
Bu barədə insan məlumat verən “Hengaw” insan haqları saytı Dərvişinin mayın 8-də axşam saatlarında dünyasını dəyişdiyini yazıb.
Həbsdə olarkən bir zabitə xəsarət yetirdiyinə görə ötən il hökumət qüvvələrinin onun ağır zərbələrə və işgəncələrə məruz qoyduqları bildirilir.
Məhz bu zorakılıqlar nəticəsində Dərvişi koma vəziyyətinə düşmüşdü.