Qazaxıstanda elektrikli skuter sürənlərdən sürücülük vəsiqəsi tələb ediləcək.
Bu barədə ölkənin qanunvericiliyinə dəyişiklik edilib.
Belə ki, Qazaxıstanda elektrikli skuter nəqliyyat vasitəsi hesab ediləcək. Sözügedən nəqliyyat vasitələri ilə vətəndaşlar səkilərdə və yol kənarlarında saatda 6 kilometr sürətlə hərəkət edə biləcəklər.
Lakin onların yaşının 18-dən yuxarı olması və sürücülük vəsiqəsinin olması vacibdir.