Bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” müzakirəyə çıxarılıb.
Senzor.az-ın xəbərinə görə, məlumatı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.
Müzakirələrdən sonra “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” qəbul edilib.