Biləsuvarda kütləvi dava olub.
Dava zamanı rayon sakinləri - 1990-cı il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Z.Mirzəyevanın 8 həftəlik hamilə olduğu deyilir.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.