Anişa Əsədullahiyə 5 il 8 ay həbs cəzası verildi

Ölkədə insan haqlarının təmunatı sahəsində ciddi islahatlar aparmaq əvəzinə, İrandakı teokratik rejim repressiya siyasətini daha da sərtləşdirir. Bu dəfə İran “Femida”sı öz “gücü”nü tərcüməçi və əmək fəalı Anişa Əsədullahiyə nümyaiş etdirib.


İrandakı hüquq müdafiəçiləri qrupunun orqanı olan “Hrana” xəbər agentliyi bildirir ki, Anişa Əsədullahi Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsi tərəfindən ümumilikdə 5 il 8 ay həbs cəzasına məhkum edilib.


Hakimi İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmədə, Anişa Əsədullahi, “icma və sövdələşmə” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat” ittihamı ilə 8 ay olmaqla ümumilikdı 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmün apellyasiya şikayəti mərhələsində təsdiq ediləcəui halda, İran Cinayət məcəlləsinin 134-cü maddəsi əsasında Anişa Əsədullahiyə beş il ağır həbs cəzası kəsiləcək.


Anişa Əsədullahi əmək mitinqlərində iştiraka görə bir neçə dəfə həbs olunaraq, nəticədə bir il müddətinə azadlıqdan məhrum edilmişdi. Aprel ayında isə bir milyard tümən girov müqabilində Əsədullahi Evin həbsxanasından müvəqqəti buraxılmışdı. Lakin aprelin sonlarında həbsdə yatan müəllim Məhəmməd Həbibinin evində olarkən bir qrup əmək fəalı ilə birlikdə yenidən həbs edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.