Seçkilərdə səslərin hesablanması prosesi zamanı pozuntulara dair iddialar əsassızdır.
Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, nəticələrin hesablanması və açıqlanması zaman siyasi partiyaların təmsilçiləri iştirak edib, bütün proses şəffaf şəkildə aparılıb.
Ahmet Yener, həmçinin əlavə edib ki, YSK-ya daxil olan bütün şikayətlərə baxılacaq.