Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Sabunçudakı 14-cü Polis bölməsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.