Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının Gürcüstanın Kaxeti bölgəsindəki "Kvareli Lake" hotelində olması xəbəri etirazlarla qarşılanıb.
Yerli mətbuat xəbər verir ki, aralarında müxalifət liderlərinin də olduğu etirazçılar hotelin yaxınlığına toplanaraq aksiya keçiriblər.
Əraziyə çox sayda polis cəlb edilib. Aksiyada bir neçə müxalifət fəalının saxlanıldığı bildirilir.
Mediada yayılmış məlumatlara görə, sözügedən hotel tam bron edilib və orada Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurovun qardaşının toy mərasimi üçün hazırlıqlar görülür. Sergey Lavrovun qızının da həmin hoteldə qaldığı qeyd olunub.
Hotelin yaydığı məlumatda isə qonaqlar arasında Lavrov soyadlı heç kimin olmadığı bildirilib.(APA)