Xəbər verdiyimiz kimi, Yunanıstan Ali Məhkəməsi yekun qərarı ilə “Esena Mono” vasitəsilə Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun “Bayatılar” mahnısının musiqisi üzərindəki müəlliflik hüquqlarının pozulmasını tanıyıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Xalq artisti məhkəmənin qərarını lazımi qərar olduğunu qeyd edib: “Məhkəmənin qərarında hər şey öz əksini tapıb”.
Xatırladaq ki, “Bayatılar” ilk dəfə 1989-cu ildə Brilliant Dadaşovanın ifasında audiovizual formatda lentə alınıb. 2008-ci ildə Eldar Mansurov musiqisi yunan bəstəkara aid olduğu iddia edilən və “Bayatılar”ın musiqisini təkrarlayan “Esena Mono” mahnısı barədə məlumat əldə edib və bu səbəbdən onlardan dərhal “Esena Mono”nun qanunsuz yayılmasını və “Bayatılar”dan digər şəkildə qanunsuz istifadəni dayandırmağı tələb edib.