Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma üçün yaş həddinin 65 yaşdan 70 yaşa çatdırılması təklif edilir.
Məlumata görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
O, bununla bağlı Əmək məcəlləsinə dəyişkilik edilməsini təklif edib.
O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilmişdi. “Lakin müəyyən güzəştlərlə onların yaş həddinin uzadılması nəzərdə tutulurdu. Son zamanlar səhiyyə, təhsil sahəsində yaş həddi məhdudiyyəti kəskin xarakter alıb. Onları elə ad günündəcə işdən xaric edirlər. Bu isə təhsil və səhiyyə sahəsində böyük narazılıq və sosial problemlər yaradır.
Yaranmış vəziyyət müfaviq yumşalmanı diqtə edr. Yaş həddi insanın çalışmasına əngəl olmamalıdır. Yaş məhdudiyyətinə görə insanı əmək fəaliyyətindən kənarda qoymaq olmaz. Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək və yaş məhdudiyyəti 65 yaşdan 70 yaşa qaldırılsın”, - deyə o əlavə edib.