Neftçalada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı FOTO

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupu  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Əlisaleh Kərimov saxlanılıb.

 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 sm arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.