Bakıda ağcaqanad əlindən dayanmaq olmur - DEPUTAT

“Sovet dövründə sanitariya işləri aparılırdı, evləri, bağları dezinfeksiya edirdilər. İndi nəinki rayonlarda, heç Bakıda bunu etmirlər”.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.


Deputat bildirib ki, Bakıda ağcaqanad əlindən dayanmaq olmur: “Ağcaqanadlar əvvəllər günəş batandan sonra çıxardı, indi gün batmamış da çıxırlar. Bu, malyariya yarada bilər. Buna diqqət etmək lazımdır”.


Tahir Kərimli qeyd edib ki, Ağsuda, İsmayıllıda uşaqlar küçə itlərinin əlindən məktəbə, bağçaya gedə bilmir: "Bu itləri yığaq, Koreyaya sataq, ya nə edək?! Küçədə hərəkət etmək mümkün deyil. Başqa bir məsələ də var. Zirədə İlan zavodu var idi. Hər il oradan ilan zəhərləri yığılıb dərman üçün xaricə satılırdı. İndi zəhərli ilanlar baş alıb gedir, evlərin zirzəmilərinə yığılır. Sovet dövründə olduğu kimi, bu məsələlərə diqqət edilməsi lazımdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.