İsmayıllı rayonunun Mican kənd sakini intihar edib.
"Report"un məlumatına görə, Qalacıq kəndinin sakinləri bu gün saat 12:40 radələrində qəbrisitanlığın ərazisindəki yardımçı tikilidə Mican kənd sakini, 1998-ci il təvəllüdlü Rəvan Cəfərovun meyitini aşkarlayıblar. Sakinlər dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat veriblər.
R.Cəfərovun kəndirlə özünü asaraq intihar etdiyi məlum olub. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ bilinmir.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.