ARB telekanalında tanınmış jurnalist Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu "Səni axtarıram" verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Belə ki, özünü Elşən adlı bəy kimi təqdim edən şəxs 27 il əvvəl itkin düşən bacısı Azadə Mirzəyevanın tapılması üçün verilişə müraciət edib.
Proqramda Elşən əslində bəy yox, xanım - adının isə Gülər olduğunu bildirərək hər kəsi təəccübləndirib.
Dediyinə görə, bacısı Azadə itkin düşəndən sonra həyatı məhv olub. O, kişi paltarı geyinərək küçələrdə bacısı Azadəni axtarmağa başlayıb. Parklarda yatıb, küçələrdə gecələməli olub.
Veriliş zamanı Gülər vurğulayıb ki, heç kim ona kəm gözlə baxmasın: “Namusum tapdalanmasın deyə oğlan libası geyinib, kişi işləri görürəm".
Bacısının itkin düşməsində isə o, ögey bacısı Cəmiləni ittiham edir.
Gülər həmçinin deyib ki, bacısı Azadə geri qayıdarsa, onu qız libası geyinib qarşılayacaq.
Ətraflı videoda: