Abşeronda qadın şantaj olunub.
Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 29 yaşlı T.M. polisə ərizə ilə müraciət edərək İlham adlı oğlan tərəfindən şantaj edildiyini bildirib.
Şikayətçi qeyd edib ki, İlham onun qeyri-münasib şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək pul tələb edib.
Şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.