"Kahramanmaraşda 110 681 bina tikiləcək"
Türkiyənin daxili işlər naziri

"Kahramanmaraşda 110 681 bina tikiləcək".


Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu gün Kahramanmaraşda səfərdə olarkən deyib.


Nazir bildirib ki, onların əsas məqsədi müvəqqəti sığınacaq mərkəzlərində qalan vətəndaşları konteynerlərə daşımaq və daimi yaşayış yerlərini tamamlamaqdır.


Kahramanmaraşda zərərin qiymətləndirilməsi işlərinin tamamlandığını qeyd edən Yerlikaya 6 fevralda baş verən 100 illik fəlakətdən 125 gün keçdiyini vurğulayıb:


"O gündən bu yana görülən işləri araşdırmaq üçün buradayıq. Koordinasiya toplantımızı keçirdik. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb. Zərər dəymiş ümumi 558 min 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə ağır ziyan dəymiş 29 min 601 binanın söküntüsü tamamlanmalıdır”.


Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.