Azərbaycan Tibb Universitetində peşəkar kadrların hazırlanması üçün 3 yeni kafedra yaradılıb.
Bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində deyib.
Rektor əlavə edib ki, yaxın aylarda universitetin elektron kitabxanasının istifadəyə verilməsi nəzərdə tutulur.
O bildirib ki, Ailə təbabəti kafedrası isə yenidən qurulub.
"Dar ixtisaslaşdırma aparılmaqla konkret fənlər təsis edilib. Gələn ildən cərrahi xəstəliklər kafedralarında da dar ixtisaslaşmalar aparılacaq".