İyunun 26-də saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs - qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. Həmin şəxs saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.