Əsgərliyə gedənləri yola salarkən avtoşluq edənlər tutuldu
VİDEO

Astarada avtoxuliqanlıq edən 5 nəfər şəxs saxlanılıb.

 

Senzor.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bildirir ki, dünən saat 09 radələrində əsgər yolasalma mərasimində avtoxuliqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri DYP əməkdaşları tərəfindən saxlanılıb.

 

Bildirilib ki, hadisə Bakı-Astara şosesində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996­cı il təvəllüdlü Məmmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Raqib Şadulla oğlu, 1996-cı il təvəllüdlü  Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab  oğlu “VAZ 2107” markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, “VAZ 2106 markalı” 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və “VAZ 21015” markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.

 

Hadisədən sonra həmin şəxslər BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onların hər birinə, bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 15 sutka həbs cəzası verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.