
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.