"Biznes və insan hüquqları sahəsində vəziyyətin araşdırılması üzrə iş aparılır" - OMBUDSMAN

"Biznes və insan hüquqları sahəsində mövcud vəziyyətin araşdırılması və zəruri tövsiyələrin hazırlanması üzrə iş aparılır".


Senzor.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsmanın) Səbinə Əliyeva "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə deyib.


Onun sözlərinə görə, son illər sahibkarlıq fəaliyyətinin insan hüquqlarına təsiri məsələləri beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə tədqiq olunur. Bu baxımdan BMT tərəfindən qəbul edilən “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər” xüsusi əhəmiyyət kəsb edir.


"Bu sənəd həm dövlətlər, həm də şirkətlərin insan hüquqlarına riayət etmələrinə dair öhdəliklərini, habelə pozuntu hallarında hüquq müdafiə vasitələrinə çatımla bağlı mühüm müddəaları nəzərdə tutur. Sənəddə məhkəmələr və ombudsman təsisatları əsas hüquqmüdafiə vasitələri kimi təsbit olunur. Bununla yanaşı Prinsiplər mübahisələrin məhkəməyəqədər həlli üçün şirkətlərin özləri tərəfindən müvafiq mexanizmin yaradılmasını da nəzərdə tutur".


Ombudsman qeyd edib ki, hazırda ölkəmizdə Rəhbər Prinsiplərin milli qanunvericiliyə implementasiyası və milli fəaliyyət planının hazırlanması üzrə işlər aparılır:


"Bu sahədə əlaqələndirici qurum kimi Ombudsman təsisatı çıxış edir. Bununla əlaqədar cari ilin əvvəlində BMT-nin Azərbaycan ofisi ilə Ombudsman təsisatı arasında birgə fəaliyyətə dair tədbirlər planı da təsdiq edilib. İlkin olaraq, ölkəmizdə biznes və insan hüquqları sahəsində mövcud vəziyyətin araşdırılması və zəruri tövsiyələrin hazırlanması üzrə iş aparılır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.