Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olan kişi itkin düşüb

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxaraq itkin düşüb.

 

Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət ediblər.

 

Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur. Yaxınlarının polisə verdiyi məlumata görə, itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır.

 

 

Q.Məmmədovu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Şöbəsinin 012-450-02-02 və 055-805-93-93 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.