Yolda sürət həddini aşmağa görə cərimələr artırılıb.
Senzor.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin əvvəlki variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.