Yas mərasimlərində təyinatı olmayan adamlar məclis idarə edir - DÖVLƏT KOMİTƏSİ
YENİLƏNİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 20-yə yaxın qadın dini ayinləri icraçısı təyinatı olub. Məqsəd həm də odur ki, yas mərasimlərində qadın dini ayinlərini icra edənlər iştirak etməklə bu yerlərdə xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl din təbliğ olunsun.


Senzor.az xəbər verir ki, bunu "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.


Onun sözlərinə görə, yas mərasimlərində təyinatı olmayan adamlar gedib məclis idarə edirlər: "Əslində yas məclislərini idarə edən təhsilli adam olmalıdır, amma vətəndaşa hökm etmək olmaz ki, kimisə dəvət et. Ona görə bu məsələdə problemlər var. Bəzən bizim Komitəni, Qafqaz Müsəlmanları İdarəsini bu məsələyə görə tənqid edirlər. Azərbaycanın 10 milyondan çox əhalisi var. Kim yasa kimi dəvət edir, bunun hamısını tənzimləyə bilmirik, Komitənin cəmi 179 əməkdaşı var. Təhsili olmayan dini ayin icra etməz. Bu məsələ məscidlərdə həll olunub. Amma məsciddən kənar proseslərdə ictimaiyyəti inandırmalıyıq ki, təhsili olmayan adamı bu cür məclislərə dəvət etmək olmaz".

**12:04

Azərbaycanın dini təhlükəsizliyi tam təmin olunub.


Bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 22 İyul - Milli Mətbuat Gününə həsr edilmiş tədbirdə deyib.


O bildirib ki, Azərbaycanın dövlət-din modeli mövcuddur və bu münasibətlər qanunla tənzimlənir.


“Müxtəlif dini konfessiyaların nümayəndələri Azərbaycanda birgə yaşayır.


Bu gün dünyada müxtəlif dairələr dindən sui-istifadə edərək, öz məkirli niyyətlərinə çatmaq istəyir. Bunun qarşısını almaq üçün dini düzgün təbliğ eyməliyik. Burada medianın da rolu çox önəmlidir”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.