Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək

Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev Vətən müharibəsi əlili Cavid Əliyevlə görüşündə bildirib.


Ü.Mehdiyev qazini ABŞ-ın Minnesota Universitetinə magistratura səviyyəsinə qəbul olunması münasibətilə təbrik edib, ona təhsil həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Diqqətə çatdırılıb ki, ona həmin universitet üzrə təhsil aldığı müddətə “YAŞAT” Fondu tərəfindən aylıq təqaüd təsis edilib. “YAŞAT” təqaüdünün məbləği 1000 ABŞ dollarıdır.


Cavid Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.