Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin də meyiti tapıldı –
YENİLƏNİB, FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar məlumat yayıb.

 

Bu barədə Senzor.az-a FHN-dən  məlumat verilib.

 

Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirov Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

**16:51


Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda dənizdə boğulan üçüncü yeniyetmə - Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir. 


**09:56

 


Siyəzəndə dənizdə boğulan 3 nəfərdən  birinin meyiti tapılıb.

 

Senzor.az bildirir ki, Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Xəzər dənizinin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  

Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.

 

**23:29(23.07.2023)


Siyəzəndə dənizdə üç nəfər batıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Bir az əvvəl məlum olub ki, dənizdə boğulanlar Zarat kənd sakinləri -  17 yaşlı Manafov Mehdi Elgün oğlu, 18 yaşlı Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 18 yaşlı Əhmədov Nemət Əbdül oğludur.

 

Hazırda FHN-in dalğıc-xilasediciləri axtarışları davam etdirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.