Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olundu
FOTO

Masallıda toy karvanında idarə etdiyi nəqliyyat vasitəsinin tanınmaması üçün dövlət qeydiyyat nişanlarını açan və avtoxuliqanlıq edən sürücü müəyyən edilərək saxlanılıb. 

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü Masallı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı rayon sakini Orxan Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

 

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

 

O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.