Gəncə polisi Göygöl sakininin evində “AK-72” tipli avtomat aşkarladı
FOTO

Gəncədə qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.

 

Bu barədə Senzor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Fərahim Verdiyev saxlanılıb.

 

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirlərinin davamı olaraq Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilib və oradan 1 ədəd “AK-72” tipli avtomat, həmin avtomata aid 2 ədəd sandıqca, həmin silahın 2 ədəd ehtiyat hissəsi və 135 ədəd patron aşkar edilərək götürülüb.

 

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.