Lənkəran rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayonun Şovu kənd sakini, 1965-ci il təvəllüdlü Rafəddin Gülhəsən oğlu Eynullayev yaşadığı evin həyətində özünü ağacdan asıb.
Polis və prokurorluq əməkdaşları hadisə yerində olublar.
R.Eynullayevin intihar səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.